WUF13 çərçivəsində keçirilən QHT Forumunda qəbul olunan Bakı Bəyannaməsini 82 ölkədən 441 vətəndaş cəmiyyəti nümayəndəsi imzalayıb.
Lent.az xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dünya Şəhər Forumunun tarixində ilk dəfə təşkil edilən QHT Forumunda 100-dən çox ölkədən 800-ə yaxın nümayəndə iştirak edib.
Anar Quliyev bildirib ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilə hazırlanan Açıq Dayanıqlılıq və Qlobal Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi beynəlxalq həmrəyliyin, tərəfdaşlığın və urban problemlərin həllində birgə fəaliyyətin vacibliyini bir daha vurğulayıb.
Komitə sədri qeyd edib ki, forum çərçivəsində fəaliyyət göstərən QHT Pavilyonunda 59 tədbir keçirilib və bu tədbirlərdə 3 minə yaxın yerli və xarici iştirakçı yer alıb.