Xaçmaz sakinlərindən “Azəriqaz”a MÜRACİƏT
30 may 2023 16:50 (UTC +04:00)

Xaçmaz sakinlərindən “Azəriqaz”a MÜRACİƏT

Ağarəhimoba kəndinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətlər bu gün Xaçmazda keçirilən “Açıq mikrofon” aksiyasında ünvanlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mikrofon önünə çıxan 2 nəfər adıçəkilən kəndin sakinlərinin mavi yanacaq istəyini dilə gətirib.

Ünvanlanan 8 müraciətdən əlavə 2 abonent isə operativ fəaliyyətə görə ölkə başçısı və SOCAR rəhbərliyinə təşəkkürünü bildirib. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

# 1146
avatar

Fidan İlqar

Oxşar yazılar