Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin məhkəməsi başlayır
02 fevral 2021 09:35 (UTC +04:00)

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsin məhkəməsi başlayır

3 il əvvəl adam bıçaqlamaqda təqsirli bilinən Vüsal Cahangirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, hadisə 2018-ci il iyulun 18-də baş verib.V.Cahangirov Sumqayıt şəhərində aralarında baş vermiş münaqişə zamanı Kərimov Renat Kərəm oğluna qəsdən bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirib.

Onun barəsində Baş Prokurorluqda beynəlxalq axtarış elan olunub. Ötən ilin noyabr ayında axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Vüsal Cahangirov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya olunub.

# 1992
avatar

Mehman Nəbiyev

Oxşar yazılar