Tapılan avtomat
26 noyabr 2022 09:25 (UTC +04:00)

Tapılan avtomat

Mingəçevirdə avtomat satan tutuldu - FOTO

Mingəçevirdə üzərində “Kalaşnikov” gəzdirən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində Eldəniz adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına məlumat daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də törətdiyi cinayətlərə görə ümumilikdə 4 dəfə məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. E.Əliyev ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polisə təhvil verməyərək özündə saxladığını bildirib.

İlkin araşdırma zamanı saxlanılan şəxsin silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib. 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1956
avatar

Oxşar yazılar

86 yaşlı kişi arvadını və oğlanlarını  GÜLLƏLƏDİ - FOTO

86 yaşlı kişi arvadını və oğlanlarını GÜLLƏLƏDİ - FOTO

28 yanvar 2023 , 19:32
Rayonda silahlı şəxs saxlanıldı

Rayonda silahlı şəxs saxlanıldı

28 yanvar 2023 , 18:33
Polis pula görə qardaşlarını, anasını və gəlinlərini öldürdü - ŞOK OLAY

Polis pula görə qardaşlarını, anasını və gəlinlərini öldürdü - ŞOK OLAY

28 yanvar 2023 , 14:50
Satıcı qadını bıçaqla qorxudub pullarını aldı - FOTO

Satıcı qadını bıçaqla qorxudub pullarını aldı - FOTO

28 yanvar 2023 , 13:06
Bakı və Sumqayıtda qadınları qarət edən  tutuldu

Bakı və Sumqayıtda qadınları qarət edən tutuldu

28 yanvar 2023 , 12:09
Bakıda DƏHŞƏT:  kişi özünü GÜLLƏLƏDİ

Bakıda DƏHŞƏT: kişi özünü GÜLLƏLƏDİ

28 yanvar 2023 , 11:21
Borcu olan daha 76 nəfər  saxlanıldı

Borcu olan daha 76 nəfər saxlanıldı

28 yanvar 2023 , 11:06
Bakıda "MC Donalds"ın qarşısında DƏHŞƏT:  gənc oğlanı...

Bakıda "MC Donalds"ın qarşısında DƏHŞƏT: gənc oğlanı...

28 yanvar 2023 , 08:57