Oğlunun gözü önündə arvadını öldürən şəxs HAKİM QARŞISINDA
02 fevral 2021 09:09 (UTC +04:00)

Oğlunun gözü önündə arvadını öldürən şəxs HAKİM QARŞISINDA

Abşeronda arvadını bıçaqlayıb öldürən Rafiq Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 35 yaşlı Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 43 yaşlı Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

# 4992
avatar

Mehman Nəbiyev

Oxşar yazılar