Özünü güllələyən zabitlə bağlı YENİ MƏLUMAT
01 fevral 2021 13:02 (UTC +04:00)

Özünü güllələyən zabitlə bağlı YENİ MƏLUMAT

Yanvarın 30-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Məmmədov Alim Nazim oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Sumqayıt hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

# 14229
avatar

Mehman Nəbiyev

Oxşar yazılar