Yevlaxda bir ailənin 3 üzvü  bıçaqlandı
11 mart 2023 18:33 (UTC +04:00)

Yevlaxda bir ailənin 3 üzvü bıçaqlandı

Yevlax rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

Onlar xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı APA-ya bildirib ki, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

# 4101
avatar

Oxşar yazılar