Məşhur aparıcı:  "Ərimi qaçırdıb,  evləndim”
11 noyabr 2022 15:12 (UTC +04:00)

Məşhur aparıcı: "Ərimi qaçırdıb, evləndim”

Türkiyənin tanınmış aparıcısı və dizayner Gülşah Saraçoğlu ilk evliliyindən danışıb. 

Lent.az-ın mılumatına görə, aparıcı qatıldığı proqramda diqqət çəkən açıqlamalar verib. 

Saraçoğlu keçmiş ərini qaçırtdığını deyib: 

“Keçmiş ərimi qaçırıb evləndim. Qaziantepdəki ailəsi məni istəmirdi. Mən də bu yola əl atdım.

Onunla evləndiyimə görə peşman deyiləm. Yaxşı ki, Aslan adında bir oğlumuz da oldu. Ankaraya iş üçün getmişdi. Ora gedib onu götürdüm və Kadıköy nikah evinə apardım. Orada evləndik. 5 ay sonra hamilə oldum və problemlər başladı. Bir müddət təkbaşıma işlədim. Həm ərimə, həm də uşağıma baxdım. İndi isə mediada məni pulgir qadın obrazı ilə təqdim etmələrinə dözə bilmirəm” –, o qeyd edib. 
 

# 4734
avatar

Oxşar yazılar