Adınızın sirri:  ad insanın taleyinə necə təsir edir?
11 aprel 2026 19:36 (UTC +04:00)

Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?

0

Bəzən elə görünür ki, ad sadəcə valideynlərin seçdiyi çağırış üçün vasitədir. Amma alimlər bu mövzunu daha dərindən araşdıranda aydın olur ki, ad sanki gizli bir kod kimi işləyir.

Lent.az xarici mediaya istinadən bildirir ki, psixoloqlar adın ətrafdakı insanların gözləntilərini formalaşdırdığını və insanın özünüqavrayışına təsir etdiyini bildirirlər. 

Psixoloqlar həmçinin vurğulayır ki, ad insanın həyatında ilk sosial “etiket”dir. O, məktəbdə, işdə və münasibətlərdə daim insanı müşayiət edir.

Maraqlıdır ki, adın necə səsləndirilməsi də vacibdir. Yumşaq intonasiya insanı sakitləşdirir, sərt ton isə gərginlik yaradır.

Valideynlər çox vaxt ad seçərkən modaya üstünlük verirlər. Lakin mütəxəssislər məsləhət görür ki, həm səsləniş, həm də assosiasiyalar nəzərə alınsın.

Ad hökm deyil, amma boş bir səs də deyil. O, insanın həyat hekayəsinin bir hissəsinə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar