Aya getmək istəyənlərə şad xəbər - 250 mindən rezervasiya başladı
16 yanvar 2026 04:27 (UTC +04:00)

Aya getmək istəyənlərə şad xəbər - 250 mindən rezervasiya başladı

1

ABŞ-ın “GRU Space” şirkəti Ayda otel və yaşayış məkanları tikməyi planlaşdırdığını açıqlayıb.

Lent.az xəbər verir ki, şirkət Ayda istirahət ideyası üçün 250 min – 1 milyon dollar depozitlə rezervasiyalar açıb. İlk missiyaların 6 il ərzində baş tutması nəzərdə tutulur.

Layihə çərçivəsində 2029-cu ildə Ay səthində şişmə yaşayış strukturları və Ay torpağından tikinti materialı hazırlanması test ediləcək.

İlk otelin 2032-ci ildə fəaliyyətə başlaması və eyni vaxtda 4 qonaq qəbul etməsi planlaşdırılır.

Şirkətin gənc qurucusu Skayler Çan bildirib ki, məqsəd təkcə kosmonavtlar üçün deyil, hamı üçün kosmik səyahəti mümkün etmək və Ayı qalmağa dəyər bir məkana çevirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 594

Oxşar yazılar