Ən etibarlı  işlənmiş biznes-sinif  avtomobilləri - TOP 10
27 noyabr 2025 16:26 (UTC +04:00)

Ən etibarlı işlənmiş biznes-sinif avtomobilləri - TOP 10

0

“Whatcar” portalı araşdırma apararaq yürüşü olan ən etibarlı biznes-sinif avtomobillərinin TOP-10 siyahısını dərc edib.

Lent.az xəbər verir ki, birinci yerdə 2016-cı il “Alfa Romeo Giulia” sedanı qərarlaşıb. Onun etibarlılıq göstəricisi 98,2% təşkil edir. İkinci pilləyə 2019-cu ildən istehsal olunan benzinli BMW “3-Series” modeli 98% etibarlılıq səviyyəsi ilə düşüb. Üçüncü yerdə isə 2015-ci il “Skoda Superb” modeli 98% göstərici ilə yer alıb.

TOP-10-luğa həmçinin aşağıdakı modellər daxil olub:

Mercedes E-Class (2016–2024)
BMW 5 Series, benzin (2017–2023)
Hyundai Ioniq 6 (2022 — indiyə qədər)
Jaguar XE (2015–2024)
Jaguar XF (2015–2024)
Volkswagen Passat (2015–2022)
BMW 3 Series, dizel (2019–2024).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar