Gününüz üçün ən yaxşı başlanğıc zülalla zəngin səhər yeməyidir. Bu, uzun müddət toxluq hissi yaradır və iştahı nəzarətdə saxlamağa kömək edir.
Lent.az xəbər verir ki, bir çoxları deyir: “Məndə maddələr mübadiləsi sürətlidir”. Amma ən sürətli metabolizma belə düzgün olmayan qidalanma vərdişlərini kompensasiya edə bilməz. Səhər yeməyindəki xırda detallar gün ərzində enerjili və formada qalmağınızı müəyyən edir. Şəxsi fitnes məşqçiləri əmindirlər ki, ideal bədənin sirri məhz səhər qidasındadır. Natalya Vaskenin sözlərinə görə, “zülalla zəngin səhər yeməyi iştahanı azaldır, enerji səviyyəsini qoruyur və gün ərzində daha sağlam seçimlər etməyə kömək edir”. Faydalı yağlar və lif də çox önəmlidir onlar beyni qidalandırır, həzmi yaxşılaşdırır və qanda şəkərin səviyyəsini stabil saxlayır. İdeal səhər yeməyi üçün ideyalar: tərəvəzli omlet, avokadolu tam taxıllı tostlar, giləmeyvəli kəsmik və ya qoz-fındıq və toxumlarla hazırlanmış smuzi. Belə bir səhər yeməyi təkcə enerji vermir, həm də diqqəti, iradəni və stresə davamlılığı artırır. Şirniyyatlar isə qısa müddətli enerji sıçrayışı yaradır, lakin bu enerji tez yox olur və yerini yorğunluqla aclıq hissinə verir. Sağlam səhər yeməyinə keçməklə siz özünüzə stabil enerji səviyyəsi, iştaha nəzarəti qazandıracaq və addım-addım ideal bədən formasına yaxınlaşacaqsınız. Hətta maddələr mübadiləsi “ən sürətli” olmasa belə, düzgün səhər vərdişləri bədəninizi daha fit və gümrah edəcək.