İnsanlara ÇAĞIRIŞ:  Dubay şokoladını almayın
19 dekabr 2025 13:33 (UTC +04:00)

İnsanlara ÇAĞIRIŞ: Dubay şokoladını almayın

0

Belə məhsulu allergiyası olan insanların yeməsi tövsiyə edilmir. Bu batonların alınması “təhlükəli” ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, allergiyası olan insanlar Dubay üslublu şokoladdan uzaq durmalıdır.

Böyük Britaniyanın Qida Təhlükəsizliyi üzrə nəzarət orqanı, ölkənin qida keyfiyyəti standartlarına cavab verməyən bir neçə məhsul aşkar edildikdən sonra xəbərdarlıq edib. Bu məşhur şokolad batonları əsasən fıstıq, tahin və xırdalanmış filo xəmir ilə doldurulur. Onların populyarlığı son bir il ərzində xeyli artıb. Lakin Qida Standartları Agentliyi (FSA) Böyük Britaniyada satılan bu cür məhsullardan “bir neçəsinin” mühüm təhlükəsizlik və etiketləmə qaydalarına uyğun olmadığını müəyyən edib.

“Biz aşkar etdik ki, bəzi məhsulların tərkibində etiketdə göstərilməyən yerfındığı və küncüt var”, - FSA-nın siyasət üzrə direktoru Rebekka Sadvort bildirib.

Qurumda qeyd ediblər ki, bu batonların alınması allergiyadan əziyyət çəkən istehlakçılar üçün “təhlükəli” ola bilər.
Hazırda nəzarət orqanı satışda olan məhsullardan götürülmüş nümunələrlə bağlı məlumatları yoxlayır ki, onların qida təhlükəsizliyi standartlarına uyğun olub-olmadığını müəyyən etsin. Sadvort allergiyası olan istehlakçılara yoxlamanın nəticələri açıqlanana qədər Dubay şokoladını istehlak etməməyi tövsiyə edib.

“Allergiyadan əziyyət çəkən insanlar Dubay şokoladını yeməməlidir. Əgər allergiyası olan bir şəxs üçün hədiyyə alırsınızsa, bu məhsulları almaqdan çəkinməyi məsləhət görürük. Bu tövsiyə yalnız yerfındığı və küncüt allergiyasına deyil, bütün növ allergiyalara aiddir. Allergiyası olmayan insanlar isə bu məhsulları, xüsusilə tanınmış brendlər və etibarlı satıcılar tərəfindən təqdim olunursa, istehlak edə bilərlər”, - o əlavə edib.

Eyni zamanda, Chartered Trading Standards Institute (CTSI) təşkilatının siyasət və kampaniyalar üzrə rəhbəri Cessika Merrifild bildirib:

“Bu məsələ ilə bağlı qanunvericilik tələbləri çox aydındır tərkibində allergen olan bütün qida məhsulları açıq şəkildə müəyyən edilməli və müvafiq olaraq etiketlənməlidir ki, istehlakçılar məlumatlı və təhlükəsiz seçim edə bilsinlər.

Bu tələblərə əməl olunmaması qanunsuzdur və eyni zamanda son dərəcə təhlükəlidir, çünki belə məhsulları qida allergiyası olan insanlar üçün riskli edir. Biz bütün qida sənayesi müəssisələrini, o cümlədən pərakəndə satıcıları və idxalçıları bu tələblərə əməl etmək üçün dərhal tədbirlər görməyə çağırırıq”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar