Hollivud illərdir məşhur aktyorlar Ceki Çan və Kris Takerin əməkdaşlıq etməsini gözləyərkən, ABŞ Prezidenti Donald Tramp silsilənin dördüncü filminin hazırlanması üçün müdaxilə edib.
Lent.az xəbər verir ki, iddialara görə, Tramp “Paramount Pictures” ilə əlaqə saxlayaraq "Gəlin “Pik Saatı 4”ü çəkək!" deyib.
Qeyd edək ki, silsilənin ilk filmi 1998-ci ildə çəkilib. Həmçinin iddia olunur ki, Tramp studiya ilə əlaqələri olan iş adamı Larri Ellisona layihəni sürətləndirmək üçün təzyiq göstərib.