Yaponların hər gün yediyi sirli 5 məhsul
15 yanvar 2026 11:25 (UTC +04:00)

Yaponların hər gün yediyi sirli 5 məhsul

0

Yaponiyadan olan sertifikatlı dietoloq və uzunömürlülük üzrə ekspert Miçiko Tomioka sağlamlığı və həyat enerjisini qorumaq üçün hər gün istehlak etdiyi, mətbəxində daim yer alan sevimli məhsulları bölüşüb.

Lent.az bu 5 məhsulu təqdim edir:

Uzun və xoşbəxt həyat üçün 5 məhsul

Matça

Miçiko və onun 99 yaşlı xalası günə matça ilə başlayırlar. Bu yaşıl çay C və B qrupu vitaminləri, zülal, lif və hüceyrələri qocalmadan qoruyan antioksidant polifenollarla zəngindir.

Hər səhər matçanı ənənəvi yapon Çado çay mərasiminə uyğun şəkildə, bambuk çırpıcısı və piyalə ilə, meditativ halda hazırlayıram”, - dietoloq izah edir.

Fermentasiya olunmuş məhsullar

Miso, natto və nukadzuke yapon mətbəxinin əsasını təşkil edir. Onlar həzmi yaxşılaşdıran və immuniteti gücləndirən probiotiklər ehtiva edir.

“Uşaqlıqda atamla birlikdə turp və zəncəfildən fermentasiya olunmuş tərəvəzlər hazırlayardıq. Bu gün isə soya paxlası, düyü kodzisi və dəniz duzu ilə öz misomu hazırlayıram”, - Miçiko paylaşır.

Dəniz yosunları

Kaiso Yaponiyada demək olar ki, hər yeməkdə istifadə olunur. Onlar az kalorilidir, lif, yod, maqnezium, omeqa-3 və B12 vitamini ilə zəngindir.

“Mətbəximdə həmişə 5-10 növ yosun olur. Kombu şorbalara, vakame salatlara, qırmızı yosunlar və kanten isə vegan desertlərinə əlavə edilir”, - ekspert bildirir.

Soya paxlaları

Edamame, kinako, şəkərsiz soya südü, natto və miso zülal, lif və polifenol mənbəyidir.

"Adzuki qırmızı lobiyası tez-tez şorbalara və vagaşi desertlərinə əlavə olunur. Mən onları şəkərsiz, quru meyvələr və darçınla bişirirəm”, - Miçiko izah edir.

Tofu

Xolesterinsiz, zülalla zəngin universal məhsuldur. Miçiko tofunu müxtəlif yeməklərdə istifadə edir: burgerlərdə, düşbərələrdə, tərəvəzli qızardılmış düyüdə, şorbalarda, vegan köri və humusda, souslarda, hətta desertlərdə belə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar