Çuğundurla marinad edilmiş  soğan RESEPTİ
18 noyabr 2025 19:07 (UTC +04:00)

Çuğundurla marinad edilmiş soğan RESEPTİ

0

Çuğundurla marinad edilmiş soğan ət yeməkləri üçün universal qəlyanaltı və ya müxtəlif salatlara əlavə kimi əla seçimdir.

Lent.az bu resepti təqdim edir:

Bu yemək həm ətirli, həm rəngarəng alınır, həm də çox asan hazırlanır.

Tərkibi

Soğan üçün

soğan - 200 qram

çuğundur - 400 qram

Marinad üçün

su - 300 millilitr

şəkər - 5 xörək qqaşığı

alma sirkəsi - 100 millilitr

dəfnə yarpağı - 1 ədəd

ətirli istiot dənəsi - 4 ədəd

duz - 1 çay qaşığı

Hazırlanması

Soğan və çuğunduru təmizləyin və yuyun.

Soğanı yarımhalqa, çuğunduru isə nazik dilimlər şəklində doğrayın. Bankanı və ya dərin bir qabı tərəvəzlərlə doldurun, soğan və çuğunduru növbə ilə qat-qat düzün. Qaba suyu tökün, üzərinə şəkər, duz, alma sirkəsi, dəfnə yarpağı və ətirli istiot dənələrini əlavə edin.

Qaynara düşənə qədər qızdırın və bir dəqiqə qaynadın. Hazırladığınız isti marinadı soğan və çuğundurun üzərinə tökün. Otaq temperaturunda soyumağa qoyun, daha sonra soyuducuya yerləşdirin. Bir saatdan sonra yemək hazır olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar