Dəmir (çuqun) tavada  heç vaxt bişirilməməli yemək
02 oktyabr 2025 17:35 (UTC +04:00)

Dəmir (çuqun) tavada heç vaxt bişirilməməli yemək

0

Mətbəxdə çuqun tava qədər çoxfunksiyalı işləyən qab-qacaq demək olar ki, yoxdur. Çuqun (dəmir) tavanın əsas üstünlükləri davamlılıq və yüksək temperatura dözümlülükdür. Bundan başqa, o, istiliyi yaxşı saxlayır və bərabər paylayır. Bu isə həm toyuq qızardanda, həm də blin bişirəndə eyni temperatur və konsistensiya deməkdir.

Lent.az bu qazanda bişirilməməli olan yeməyi təqdim edir:

Amma çuqunun da öz qaydaları var. Onu istifadə etməzdən əvvəl yaxşıca qızdırmaq, həmişə yağla istiləşdirmək və heç vaxt qabyuyan maşına qoymamaq lazımdır. İndi isə bu siyahıya daha bir qayda əlavə edin. Bir məhsul heç vaxt çuqun tavaya düşməməlidir.

Çuqun tavada bişirilməməli yemək

Çoxlu yeməkləri çuqun tavada rahat bişirmək olar, amma bir məhsuldan qaçmaq tövsiyə olunur - balıq.

Bunun səbəbləri

Əgər tava yaxşıca qızdırılmayıbsa, balıq zülalları səthə yapışa bilər və bu, çugunun qoruyucu qatını zədələyir.

Sonrakı yeməklərdə də bu təsir özünü göstərir.

Ən böyük problemlərdən biri isə qoxudur. Hətta bir neçə dəfə yuyulsa belə, balığın iyi qalır. Məsələn, som balığının qoxusu ilə blin bişirmək xoş olmaz.

Atlanta şəhərində restoran sahibi və şef-aşpaz Hadson Raus belə deyir:

“Aşpazlıq temperatur və nəm arasında qarşılıqlı təsirdir. Bütün bu buxar bir yerə yönəlməlidir".

Balığı hansı tavada bişirmək daha yaxşıdır?

Balığı bişirmək üçün hamar səthli qab seçmək lazımdır: teflon (antiprigar) və ya paslanmayan poladdan olan tava. Bu halda incə və nazik balıq növləri (məsələn, treska və ya halibut) daha az dağılır, balığın dərisi isə tavaya yapışmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar