Ən zərərli konservləşdirilmiş  balıq növü: Almamağınız MƏSLƏHƏTDİR
19 noyabr 2025 13:05 (UTC +04:00)

Ən zərərli konservləşdirilmiş balıq növü: Almamağınız MƏSLƏHƏTDİR

0

Mütəxəssislər sağlamlığa zərər vura biləcək balıq konservlərinin növlərini açıqlayıb və onların nədən uzaq durulmalı olduğunu izah ediblər.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Təhlükəli konservlər: nələrə diqqət etmək lazımdır

Həkimlər bildirirlər ki, konserv seçərkən əsas meyar son istifadə tarixi və qabın vəziyyətidir. Əgər bankanın hər iki tərəfi şişibsə və ya dibinə basdıqda “xırt” səsi çıxırsa, bu, məhsulun xarab olduğunu və içəridə qıcqırma prosesinin getdiyini göstərir.

Həmçinin hermetikliyin pozulması əlamətləri olan konservləri almaq qəti qadağandır: axıntı, zədələnmə, pas, şişmiş şüşə və ya dəmir qablar, bunların hamısı zəhərlənmə riski deməkdir.

Hansı növ balıq konservləri faydalıdır?

Balıq konservləri bir neçə növdə olur: təbii (öz suyunda), yağda, tomat sousunda, müxtəlif paştetlər, şorbalar və suflelər.

Mütəxəssislər ən faydalı hesab edilən növün təbii konservlər balığın öz suyunda hazırlanmış məhsullar olduğunu bildirirlər. Bu cür konservlərdə əlavə maddələr minimum olur və qida dəyərinə görə təzə balıqdan çox da geri qalmır. Onlar yüksək miqdarda zülal, D və B12 vitaminləri, sink, yod, maqnezium, kalium, dəmir, selen və omeqa-3 yağ turşuları ilə zəngindir.

Yağda və ya tomat sousunda olan konservlərə gəlincə, onların istifadəsi məhdudlaşdırılmalıdır: bu məhsullarda daha çox kalori, əlavə yağlar, tomatlı variantlarda isə şəkər olur.

Balıq konservləri necə saxlanılmalıdır?

Bağlı banka sərin və quru yerdə, 0–15/20°C temperaturda və havanın rütubəti 75%-dən çox olmayan şəraitdə saxlanmalıdır.

Açıldıqdan sonra isə metallik qab dəyişdirilməlidir: məhsulu şüşə qaba və ya təhlükəsiz qida plastik konteynerinə köçürmək lazımdır.

Qeyd edək ki, daha əvvəl dietoloqlar mədə iltihabına səbəb ola biləcək üç gözlənilməz içki barədə də xəbərdarlıq etmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar