Əsl yay deserti  - Alma və armudla xırçıldayan peçenye
01 sentyabr 2025 19:32 (UTC +04:00)

Əsl yay deserti - Alma və armudla xırçıldayan peçenye

Avqust ayında mütləq sınamağa dəyər sadə alma-armud peçenyesi üçün çox az ərzaq lazımdır. Şirəli almalar və ətirli armudlar yumşaq xəmir ilə birləşərək elə bir ləzzətli peçenye yaradır ki, insana günəşli yay günlərini xatırladır. Bu, sadə şirniyyat həm ailəvi çay süfrəsi, həm də yay axşamı yeməyindən sonra desert üçün uyğundur.

Lent.az xarici mediaya istinadən şirniyyatın tərkibi barədə məlumat verir.

Tərkibi: buğda unu, 2 ədəd yumurta, kərə yağı, şəkər və bir çimdik qabartma tozu. Meyvələr isə qabığı soyulmuş və xırda kub şəklində doğranmış alma ilə armuddur. Onlar xəmiri daha şirəli edir və bişdikdən sonra yüngül karamelli dad bəxş edir.

Hazırlanma qaydası belədir: əvvəlcə kərə yağını şəkərlə çalaraq köpüklü kütlə alınır. Daha sonra yumurtalar əlavə olunur və tədricən un ilə qabartma tozu qarışdırılır. Hazır yumşaq xəmirə xırda doğranmış alma və armud parçaları qatılır və bərabər şəkildə qarışdırılır.

Xəmirdən kiçik paylar qaşıqla perqament sərilmiş listin üstünə düzülür, aralarına məsafə qoyulur ki, bişərkən yapışmasınlar. 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirilir. Peçenyenin kənarları qızılı rəng almalı, ortası isə yumşaq qalmalıdır.

Hazır peçenye bir az isti halda, üzərinə şəkər pudrası səpərək və ya bir qaşıq balla süfrəyə verilir. Bu, bağ meyvələrinin ətrini və ev rahatlığını özündə saxlayan əsl yay desertidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar