Keyfiyyətli tünd şokoladı necə seçmək olar - Dietoloq izah etdi
01 sentyabr 2025 17:05 (UTC +04:00)

Keyfiyyətli tünd şokoladı necə seçmək olar - Dietoloq izah etdi

Tünd şokolad sadəcə desert deyil, həm də sağlamlıq üçün əsl fayda mənbəyidir. O, toxluq hormonunu artırır, şirniyyata olan istəyi azaldır, əhvalı yaxşılaşdırır və damarların fəaliyyətini dəstəkləyir. Lakin bu faydaları almaq üçün düzgün məhsul seçmək vacibdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dietoloq Lyudmila Matyuşinets-ə istinadən keyfiyyətli şokoladı necə tanımağın yollarını təqdim edir.

Keyfiyyətli tünd şokoladın əsas 3 inqrediyenti:

Kakao massası (və ya kakao tozu) – şokoladın ürəyi, antioksidantların əsas mənbəyi və zəngin dadın səbəbidir.

Kakao yağı – şokolada incə, ağızda əriyən tekstura verən ən dəyərli komponentdir.

Şirinləşdirici – ideal halda qamış və ya kokos şəkəri olmalıdır və tərkib siyahısında ilk yerdə yazılmamalıdır.

Nələr olmamalıdır?

Bitki yağları (palm yağı, kokos yağı və s.) – kakao yağının ucuz əvəzləyicisidir, faydanı azaldır.

Süd qarışıqları – quru süd və ya süd yağı varsa, bu artıq südlü şokoladdır, “tünd” deyil.

Aromatizatorlar – yüksək kakao tərkibli şokolad əlavə dad gücləndiricisinə ehtiyac duymur.

Soyalı leçitin – zərərli olmasa da, istehsalın ucuzlaşdırılması üçün əlavə edilir, ondan uzaq durmaq məsləhətdir.

Əsas göstərici

Keyfiyyətli tünd şokoladın əsas göstəricisi kakao faizidir. Ən yaxşı seçim – 70% və yuxarı kakao tərkibli məhsullardır. Nə qədər çox kakao varsa, bir o qədər antioksidant var və şəkər az olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar