Pendiri düzgün saxlama üsulu - Kif tutmayacaq
05 noyabr 2025 12:05 (UTC +04:00)

Pendiri düzgün saxlama üsulu - Kif tutmayacaq

0

Pendir bir çox yeməklərdə istifadə olunan məhsuldur. Amma quruluşuna görə düzgün saxlanılmadıqda çox tez kif tutur. Buna görə də, mütəxəssislər pendirin tez xarab olmasının qarşısını alacaq bir üsul açıqlayıb.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

"Pendir kəsildiyi və hava ilə rütubətin təsirinə məruz qaldığı andan etibarən onun korlanma prosesi başlayır. Adətən kəsilmiş pendir soyuducuda dörd-səkkiz həftə arasında qala bilər (əlbəttə, növündən asılı olaraq). Amma bu sadə üsul sayəsində həmin pendir üç dəfə daha uzun müddət təzə qala bilər", – deyə mütəxəssislər bildirirlər.

Çoxları pendiri zip-paketə qoyub soyuducuya yerləşdirir, lakin ekspertlər bunun əvəzinə təmiz kağız salfeti ağ sirkəyə isladıb pendiri onunla bürüməyi məsləhət görürlər.

"Bundan sonra onu zip-paketə (və ya hermetik qaba) qoya və soyuducunuzun pendir üçün nəzərdə tutulmuş bölməsində saxlaya bilərsiniz. Sadəcə olaraq vaxtaşırı kağızın nəmlilik dərəcəsini yoxlayın və quruyubsa yenidən sirkə ilə isladın. Beləcə, siz kiflənməyən təzə pendirdən uzun müddət həzz ala biləcəksiniz", – deyə ekspertlər əminliklə bildirir.

Bəziləri sirkənin pendirin dadını dəyişəcəyini düşünür, lakin mütəxəssislər bunun belə olmadığını vurğulayır.

"Sir­kə sadəcə səthdəki bakteriyaların inkişafını dayandırır, bu da pendiri daha uzun müddət saxlamağa imkan verir. Sirr ağ sirkədədir. Ondakı yüksək sirkə turşusu konsentrasiyası güclü antimikrob və göbələk əleyhinə təsir göstərir. Bu isə o deməkdir ki, o, qidanı korlayan mikroorqanizmlərin inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilər", – deyə mütəxəssislər əlavə edir.

Bundan başqa, bu üsul pendirin düzgün rütubət səviyyəsini qorumağa kömək edir.

"Sirkəyə isladılmış salfet kifayət qədər rütubət yaradır və pendirin qurumasının qarşısını alır, sirkənin turşuluğu isə kifin əmələ gəlməsinə imkan vermir", – deyə mütəxəssislər bildirirlər.

Lakin onlar vurğulayırlar ki, bu üsulu müəyyən pendir növlərində tətbiq etmək vacibdir. Məsələn, parmezan və uzun müddət yetişdirilmiş çed­dar üçün çox effektivdir.

"Amma pendirlər yumşaldıqca bu üsul effektini itirir. Sir­kə brie, kamamber və mozzarella kimi yumşaq pendirlərin təzəliyini bir qədər uzada bilər, lakin salfet çox islanarsa, onların teksturası dəyişə və hətta dağılma ola bilər. Təzə pendirlərdə isə bu üsul dadı və quruluşu tamamilə korlaya bilər. Buna görə də bu texnikanı yalnız sərt pendirlər üçün tətbiq edin", – deyə mütəxəssislər tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar