Bu yemək zərif və faydalıdır. Bir çoxlarının bəyənəcəyi dadı var. Çox tez hazırlanır və həm isti, həm də soyuq şəkildə ləzzətli olur.
Lent.az bu resepti təqdim edir:
Hazırlanma müddəti
35 dəqiqə
Qida dəyəri. 100 qram üçün 175 kkal
Hazırlanmış ciyəri soğan, xama, yumurta, xardal və üyüdülmüş qara istiotla hazırlanmış klyarda qızardın.
Tərkibi
toyug ciyəri - 500 qram
soğan - 2 ədəd
toyug yumurtası -1 ədəd
buğda unu - 2 yemək qaşığı
xama - 1.5 yemək qaşığı
xardal - 1 çay qaşığı
qara istiot
duz
bitki yağı
Ciyəri yaxşıca yuyun, öd kanallarını təmizləyin, iki hissəyə bölün, duzlayın və istiotlayın. Soğanı soyun və xırda sürtgəcdən keçirin.
Klyar üçün bir qaba yumurta əlavə edin. Üzərinə xama, duz, xardal, sürtgəcdən keçirilmiş soğan və unu əlavə edib qarışdırın.
Ciyəri klyarın içinə qoyun, yaxşıca qarışdırın və 10 dəqiqə dincəlsin. Tavada bitki yağını qızdırın. Ciyəri qoyub orta odda qapağın altında bir tərəfini qızardın. Sonra çevirin və digər tərəfini qızılı rəng alana qədər bişirin.
Nuş olsun!