Yumurtanı necə qaynatmalı? - sadə və effektiv məsləhətlər
28 iyul 2025 09:26 (UTC +04:00)

Yumurtanı necə qaynatmalı? - sadə və effektiv məsləhətlər

Bir çox insan yumurta qaynatmağın sadə bir proses olduğunu düşünsə də, təcrübəli evdar qadınlar bunun da öz sirlərinin olduğunu yaxşı bilir. Məlum olur ki, yumurtanı qaynatmazdan əvvəl yüngülcə çalxalamaq faydalı ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu üsul yumurtanın tərkibindəki ağın daha bərabər yayılmasına kömək edir və nəticədə bişdikdən sonra qabığını təmizləmək daha asan olur.

Yumurtanı qaynatmazdan əvvəl niyə çalxalamaq lazımdır

Yumurtanı yüngül şəkildə sirkələdikdə içərisindəki ağ sarının ətrafında daha bərabər paylanır. Bu da bişdikdən sonra qabığın yumurtaya yapışmasının qarşısını alır. Beləliklə, qabıq asanlıqla soyulur və yumurta bütöv qalır.

Yumurta qaynadarkən əlavə tövsiyələr

Yumurtaları həmişə soyuq suya qoyun. Bu, qabığın çatlaması riskini azaldır və yumurtanın tədricən bişməsinə şərait yaradır. Çox təzə yumurtaları istifadə etməyin. 3 gündən çox saxlanmış yumurtalar qaynadıqdan sonra daha asan soyulur. Bişdikdən sonra yumurtaları soyuq suya salın. Bu, onların soyumasını sürətləndirir və qabığını rahat çıxarmağa kömək edir.

Bu sadə üsullarla qaynadılmış yumurtalar həm görünüşcə gözəl, həm də istifadədə rahat olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar