İnsultdan qorunmağın   ən təsirli üsulu  AÇIQLANDI
14 noyabr 2024 16:57 (UTC +04:00)

İnsultdan qorunmağın ən təsirli üsulu AÇIQLANDI

Hər kəs insult riskini azalda və sağlamlığını yaxşılaşdıra bilər. Alimlər insultdan qorunmağın ən təsirli üsullarını müəyyən ediblər və verilən tövsiyələr həyat tərzinin əsas rol oynadığını təsdiqləyir.

Lent.az-ın xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Sisteminin (NHS) insult riskini azaltmağın əsas üsullarına balanslaşdırılmış qidalanma, müntəzəm fiziki fəaliyyət və siqaret çəkmək, həddindən artıq spirtli içki qəbul etmək kimi pis vərdişlərdən uzaq durmağın daxil olduğu barədə məlumat verib.

Qidalanma 

Düzgün qidalanma insulta qarşı mühüm qalxan ola bilər. Heç bir "möcüzəvi məhsul" öz-özünə bu xəstəliyin qarşısını ala bilməz: Onlar yalnız sağlam həyat tərzi ilə birlikdə effektiv olurlar. 

Həkimlər vurğulayırlar ki, artıq yağlı, duzlu qidalar xolesterinin yığılmasına, qan təzyiqinin artmasına və piylənmənin inkişafına səbəb olur və nəticədə damar xəstəlikləri riskini artırır. Antioksidantla zəngin qidalar (məsələn, göyərti, giləmeyvə, qoz-fındıq və omeqa-3 ilə zəngin balıq) pəhrizin bir hissəsi kimi müntəzəm olaraq yeyildikdə damar xəstəliklərini yaxşılaşdıra bilər.

Fiziki fəaliyyət 

Daimi məşq təkcə qan dövranını yaxşılaşdırmır, həm də normal qan şəkəri və təzyiq səviyyəsini qorumaq üçün vacib olan bədən çəkisini idarə etməyə kömək edir. Hətta gəzinti, üzgüçülük və ya yoqa kimi orta fiziki fəaliyyət insult riskini azalda bilər.

Qan təzyiqi və xolesterin nəzarətinin rolu

Stabil qan təzyiqi insultun qarşısını alan əsas amillərdən biridir. Mütəxəssislər onu mütəmadi olaraq ölçməyi məsləhət görürlər: Çünki yüksək qan təzyiqi çox vaxt aşkar simptomlara malik deyil. Xolesterinin yüksək olması da insult riski ilə əlaqələndirilir, ona görə də tibbi testlərdən keçmək və onları normal həddə saxlamaq vacibdir.

Psixi sağlamlıq

Son tədqiqatlar yüksək stressin insult riskini artırdığını göstərir. Psixi sağlamlıq bədənin fiziki sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir, ona görə də stressin idarə edilməsi, eləcə əlavə profilaktik tədbirlər ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Ləman Sərraf

Oxşar yazılar