Orqanizm üçün  faydalı çörəyi   necə seçmək olar?
26 sentyabr 2023 15:28 (UTC +04:00)

Orqanizm üçün faydalı çörəyi necə seçmək olar?

Çörək qida rasionunun vacib hissəsidir. Lakin onun faydaları seçdiyiniz çörək növündən asılıdır. Dietoloq Keytlin Karr çörək seçərkən nələrə diqqət etməli olduğunuzu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, ən sağlam çörəklər adətən az miqdarda inqrediyentlərlə bişirilir. 

Onun sözlərinə görə, çörəyin tərkibində çoxlu əlavələr və konservantlar varsa, çox güman ki, həmin çörək orqanizm üçün faydalı deyil:

“Çörəyin tərkibində şəkərin həddindən artıq olması çəki artımına səbəb ola bilər. Bir çox istehsalçı bəkməz, qamış şəkəri, bal və şərbət əlavə edir.

Çörəyə qoz-fındıq və toxum əlavə etməklə onun qida dəyərini əhəmiyyətli dərəcədə artırıla bilər. Onlar ürək üçün faydalı olan doymamış yağlar, zülallar, vitaminlər və bitki birləşmələrinin mənbəyidir. Bundan əlavə, qoz-fındıq və toxumlarda olan qidalar bağırsaq funksiyasını, maddələr mübadiləsini, beyni yaxşılaşdıra bilər. Yağların, zülalların və karbohidratların bu birləşməsi çörəyi orqanizm üçün daha faydalı edir”.

# 10071
avatar

Arzu Qurbanlı

Oxşar yazılar