Piylənmə uşaqlar üçün hansı təhlükəni  yaradır?
12 aprel 2024 04:27 (UTC +04:00)

Piylənmə uşaqlar üçün hansı təhlükəni yaradır?

“Lids” Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. 

Lent.az xəbər verir ki, bu barədə "British Medical Journal Global Health” nəşri məlumat yayıb.

Bildirilib ki, bu vəziyyət diqqət, konsentrasiya və yaddaşa mənfi təsir göstərir, həmçinin autizm və diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi xəstəliklərin inkişaf riskini artıra bilər.

Araşdırmalar zamanı məlum olub ki, kök və artıq çəkidən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı anemiyasının inkişaf riski xeyli artıb. Bu, bədəndə dəmir səviyyəsinin azalması ilə xarakterizə olunan, qanda qırmızı qan hüceyrələrinin və hemoglobinin konsentrasiyasının azalmasına səbəb olan patoloji vəziyyətdir.

Dəmir çatışmazlığı artan yorğunluğa, yaddaşın və konsentrasiyanın azalmasına səbəb ola bilər. Həmçinin uşaqlarda anemiyanın autizm və diqqət çatışmazlığı hiperaktivlik pozuqluğuna təhrikçisi olduğu qeyd edilir. Alimlərin fikrincə, kök uşaqların orqanizmində dəmir çatışmazlığı pis qidalanma ilə bağlı ola bilər.

# 2040
avatar

Oxşar yazılar