“Müsavat Partiyasının MSK-ya adam göndərməsi sual yaradır”
“Referendum öncəsi Ümid Partiyasının seçki komissiyalarına nümayəndə göndərməsini bəhanə edərək, Respublika və Qarabağ Hərəkatını dağıdan Müsavat Partiyası bu gün Mərkəzi Seçki Komissiyasına (MSK), dairə və məntəqə seçki komissiyalarına nümayəndə göndərirsə, bu, sual yaratmaya bilməz”.
Bunu Lent.az-a açıqlamasında Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söyləyib.
Sərdar Cəlaloğlu deyib ki, bu sualın cavabını Müsavat Partiyası verərsə, ona da bu partiyanın davranışının mahiyyətində nə durduğu məlum olar: “Referendum öncəsi Ümid Partiyasının seçki komissiyalarında iştirakına görə elə bir Hərəkat dağıdıldı, hamıya çirkab yaxıldı. Yaxud 2005-ci ildə bu yana seçki komissiyalarının işində iştirak etməmək hansı arqumentlərlə bağlı idi və bu gün o arqumentlər necə dəyişib? Necə oldu ki, 5 il seçki komissiyaları boş qaldı, bu gün isə komissiyalara nümayəndə göndərirlər?! Müsavat Partiyasının MSK-ya adam göndərməsi parlamentdə yer əldə etmək üçün atılan bir addımdır. Bunun başqa heç bir izahı yoxdur”.
Ramiz

Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13