Azərbaycanda İranın  tapşırıqlarını   yerinə yetirən 9 nəfər həbs edildi - YENİLƏNİB
29 oktyabr 2023 09:20 (UTC +04:00)

Azərbaycanda İranın tapşırıqlarını yerinə yetirən 9 nəfər həbs edildi - YENİLƏNİB

Azərbaycanda İranın tapşırıqlarını yerirə yetirərək "kərimə dövləti" qurmaq istədikləri üçün həbs edilən 9 nəfərin adlı siyahısı məlum olub.

Lent.az onların siyahısını təqdim edir: 

1. Kərimov Fərman Süleyman oğlu
2. Mayılov Rüfət Rasim oğlu
3. Qədimov Vilayət Məmməd oğlu
4. Rzayev Aqil Əlişir oğlu
5. Sadıqov Bəhruz Tofiq oğlu
6. Ələkbərov Süleyman Nəsir oğlu
7. Əliyev Usub Sədrəddin oğlu
8. Quliyev Musa Surəddin oğlu
9. Rəhimov Tofiq Ağacəlil oğlu

***

saat 00:03

Azərbaycanda dini radikalizmin təbliğinə və pozuculuq fəaliyyətə cəlb edilmiş şəbəkənin bir qrup üzvü polis əməkdaşları tərəfindən həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 9 nəfər şəxs narkotik aludəçilərini yardım adı altında əməkdaşlığa cəlb ediblər, ölkədə “kərimə dövləti” qurulmasını təbliğ ediblər.

İrandan idarə edilən radikal dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

İfşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların radikal fəaliyyəti haqqında sosial şəbəkə hesablarında çoxsaylı faktlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13597

Oxşar yazılar