Ceyhun Bayramov İrandakı   Azərbaycan vətəndaşlarından DANIŞDI
20 yanvar 2026 10:39 (UTC +04:00)

Ceyhun Bayramov İrandakı Azərbaycan vətəndaşlarından DANIŞDI

0

Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuz İrandakı Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdədir, bütün bu müddət ərzində bir an belə olsa fəaliyyət dayanmayıb.

Lent.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, İranda olan Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşəndə bununla bağlı müraciət edə bilərlər:

"Biz burada hər hansı ciddi problem görmürük, səfirliyimiz və baş konsulluğumuz fəaliyyətdədir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar