Düşmənin kəşfiyyata göndərdiyi kvadrokopter ələ keçirildi
16 sentyabr 2023 16:49 (UTC +04:00)

Düşmənin kəşfiyyata göndərdiyi kvadrokopter ələ keçirildi

Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hava hücumundan müdafiə bölmələrimiz tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2354

Oxşar yazılar