Ermənilər Şuşanı atəşə tutdu, ölən var  - YENİLƏNİB
19 sentyabr 2023 17:15 (UTC +04:00)

Ermənilər Şuşanı atəşə tutdu, ölən var - YENİLƏNİB

Prokurorluq ermənilərin Şuşanı atəşə tutması faktı ilə bağlı məlumat yayıb.

Baş Prokurorıluqdan Lent.az-a verilən məlumata görə, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.

Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri davam edirilir.

***

saat 16:53

Qanunsuz erməni silahlıları Şuşa şəhərini minaatanlardan atəşə tutub.

Lent.az xəbər verir ki, şəhərin atəşə tutulması nəticəsində 1 dinc sakin həlak olub.

Hazırda ordumuzun qanunsuz erməni silahlılarına qarşı antiterror əməliyyatları davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9224

Oxşar yazılar