Ermənilər Xocalıda səngər qazmaq  istədilər
15 sentyabr 2023 11:10 (UTC +04:00)

Ermənilər Xocalıda səngər qazmaq istədilər

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2297

Oxşar yazılar