Meksikanın İrandakı səfirliyi Bakıda fəaliyyətə davam edəcək
09 mart 2026 19:38 (UTC +04:00)

Meksikanın İrandakı səfirliyi Bakıda fəaliyyətə davam edəcək

0

Meksikanın İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini Bakıda davam etdirəcək.

Lent.az APA-ya istinadla xəbər verir ki, İrandan Azərbaycan sərhədi ilə təxliyə edilən Meksikanın İrandakı səfiri Guillermo Puente Ordorica bildirib ki, səfirlik bundan sonra fəaliyyətini Bakıda davam etdirəcək.

Səfir qeyd edib ki, indi Azərbaycana gəlib: “Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi burada Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə yerləşdirək. Buna görə mən və komandam buradayıq.

Göründüyü kimi, İranda vəziyyət mürəkkəbdir. Azərbaycan dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfiri vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə, İrandakı Meksika icmasına dəstək verməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar