Çeçenistan rəhbəri Ramzan Kadırov komadadır.
Lent.az bildirir ki, bu barədə Radikalnya Telegram kanalı məlumat yayıb.
Media başqa təfərrüatlar barədə məlumat vermir. Eyni zamanda, rusiyalı müxalif siyasətçi, Dövlət Dumasının keçmiş deputatı Qennadi Qudkov Çeçenistandakı yüksək rütbəli mənbələrə istinadən bildirib ki, Kadırovun səhhətində çox böyük problemlər var – o, böyrək əməliyyatı keçirib və bu, uğursuz alınıb.
"Mən görkəmli çeçenlərə zəng vurub soruşdum. Deyirlər ki, onların məlumatlarına görə, onun həqiqətən böyrəklərində problem var. Hətta əməliyyat, transplantasiya, tam uğurlu alınmayıb. Səhhəti həqiqətən pisdir”, - Qudkov bildirib.