Almaniya hökuməti keçmiş kansler Angela Merkel 2021-ci ildə vəzifəsini tərk etdikdən sonra onun saç və makiyajına təxminən 55 min avro xərcləyib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel hələ də bəzi xərclər üçün federal hökumətə hesab göndərir. Əldə edilən sənədlərə görə, dəftərxana Merkelin həm dövlət, həm də özəl tədbirlərdə saç və makiyaj xərclərini ödəyir. Bu il 17 200 avro, keçən il isə 37 780 avro ödənilib.
İndi Angela Merkel uzun müddətdir ki, vizajisti ilə işləmir, lakin Berlində modelyer kimi çalışan yeni saç və vizajistin xidmətlərindən istifadə edir.
“Xərclərin çəkilməsi dövlət və ya qeyri-dövlət olmasından asılı olmayaraq daimi rəsmi vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır”, - Almaniya hömumətinin dəftərxanası kansleri xərclərini şərh edib.
Rəsmilər üçün saç və makiyaj xərclərinin artması Almaniyada daha əvvəl tənqidlərə səbəb olmuşdu. Vergi Ödəyiciləri Assosiasiyasının prezidenti Rayner Holtsnaqel bildirib ki, xərclər "minimum səviyyədə saxlanılmalı və qeyri-müəyyənlik halında özəl olaraq ödənilməlidir".