Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
***
saat 13:33
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.