Finlandiya və Almaniyada Novruz bayramı qeyd olunacaq
16 mart 2011 20:12 (UTC +04:00)

Finlandiya və Almaniyada Novruz bayramı qeyd olunacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Helsinki şəhərinin meriyası tədbirin keçirilməsi ilə bağlı Finlandiya Azərbaycan Assosiasiyasının müraciətinə artıq müsbət cavab verib.

Helsinkinin mərkəzində yerləşən ən böyük mədəniyyət mərkəzi sayılan CAİSA mədəniyyət mərkəzində keçiriləcək tədbirdə iştirak etmək üçün Finlandiyanın Mədəniyyət Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Təhsil Nazirliyinə, Helsinki və Espoo şəhərlərinin merlərinə dəvətnamələr göndərilib. Bu il türk diasporu da Novruz bayramını Azərbaycan diasporu ilə birgə qeyd edəcək. Novruz bayramı və adət ənənələrini bu ölkədə tanıtmaq məqsədi daşıyan “Novruz” festivalında Finlandiya Azərbaycan Assosiasiyasının nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının hazırladığı bayram proqramı nümayiş etdiriləcək.

Baharın gəlişini Almaniyanın Drezden şəhərində yaşayan azərbaycanlılar da qeyd edəcək. Martın 20-də Drezden şəhərində hər il olduğu kimi, bu il də Bahar Bayramı keçiriləcək. Novruz bayramı münasibətilə tədbirlərə Drezdendə yaşayan digər millətlərin icmaları böyük maraq göstərir. Novruz şənliyində yerli televiziyanın da iştirakı gözlənilir. Bayram tədbirində Azərbaycanın mədəniyyəti və milli ənənələrimizi əks etdirən geyim və əşyalar nümayiş etdiriləcək, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları, milli şirniyyatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005

Oxşar yazılar