Millət vəkili Qənirə Paşayeva əsgərlərlə görüşüb
Lent.az-ın məlumatına görə, əsgərlər qarşısında çıxış edən millət vəkili onları təbrik edib və milli bayram ərəfəsində səngərlərdə olan hərbi qulluqçulara öz xidmətlərində intizamlı və dəqiq olmalarını arzulayıb.
Millət vəkili Qənirə Paşayeva xidmətində fərqlənən əsgər və zabitlərə bayram sovqatı, hədiyyələr və Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş kitab təqdim edib.
Jurnalistlərin suallarını cavablandıran Q. Paşayeva düşmənlə sərhəddə, səngərlərdə torpaqları qoruyan hərbiçilərin yanında olmağın hər bir kəsin borcu olduğunu bildirib: “Ölkənin bütün ziyalıları hər gün ordunun yanında olmalıdır. Xüsusi ilə bayram günlərində bayramları onlarla birlikdə keçirməli və onlara göstərməliyik ki, millət, xalq olaraq biz ordumuzun arxasında dayanmışıq. Bu gün biz istədik ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş kitabın ilk təqdimatı hərbi hissələrdən başlansın. Biz Qarabağ İctimai Forumu ilə birgə bu kitabın hərbi hissədə ilk təqdimatını etdik, çoxlu sayda əsgər və hərbiçilərə bu kitab hədiyyə olundu. Əsgərlərimiz bu kitabları oxuyub belə qəhrəmanlardan örnək götürməlidirlər”.

Oxşar yazılar

"Sovetski"dəki o buna söküləcək?
8 may 2025 , 16:12
Bakıda bu yolda EHTİYATLI OLUN - Sürücüləri gözləyən "SÜRPRİZ" - VİDEO
8 may 2025 , 15:51
Bakıda bu yol bağlanır
8 may 2025 , 15:46
Bakıda yağış zamanı pəncərə və eyvandan su axmaması üçün bunları edin - Memar DANIŞIR -VİDEO
8 may 2025 , 14:13
Kartof-soğanın qiyməti niyə belə artdı? – Satan narazı, alan incik
8 may 2025 , 13:59
Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Nə vaxt başlayacaq?
8 may 2025 , 13:31
Nasos yoxdursa, təkəri necə doldurmaq olar? - Sürücülərə faydalı məsləhətlər
8 may 2025 , 13:17