Metrodan istifadə edənlərin sayı azalır
2009-cu il oktyabrın 1-də Bakı metrosunda gedişhaqqının 5 qəpikdən 15 qəpiyə qaldırılmasından sonra bu nəqliyyat növündən istifadə edənlərin sayı azalıb. Lent.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, bu ilin yanvar-fevral aylarında Bakı metrosu ilə 28,3 milyon sərnişin daşınıb. Bu isə ötən ilin analoji dövrünə nisbətən 2,3 faiz azdır. Bu ilin fevral ayı ərzində Bakı Metropoliteninin xidmətindən yararlanan sərnişinlərin sayı 13,4 milyon nəfər olub. Bu göstərici də öz növbəsində yanvar ayı ilə müqayisədə 10,1 faiz azalma deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Tarif Şurasının 2009-cu ildə verdiyi məlum qərara qədər Bakı Metropolitenin sərnişinlərinin sayı ildən-ilə artıb. Belə ki, 2000-ci ildə metro ilə daşınan sərnişinlərin sayı 117 milyon 364 min nəfər olduğu halda sonrakı ildə bu rəqəm 119 milyon 341 minə çatıb.
Maraqlıdır ki, 2002-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı kəskin azalıb və həmin il bu nəqliyyat vasitəsindən 115 milyon 639 min sərnişin istifadə edib. Bu isə 2001-ci illə müqayisədə təxminən 4 milyon az sərnişin deməkdir. Bununla belə, sonrakı ildə Bakı metrosuna sərnişin axını yenidən bərpa olunub və 2003-cü ildə metro ilə 127 milyon 52 min sərnişin daşınıb. Bundan sonra Bakı Metropolitenində sərnişin artımı tendensiyası təxminən eyni templə 2009-cu ilin payızına qədər davam edib və həmin il bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayı 206 milyon 140 min nəfərə çatıb.
Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var.
Elxan SALAHOV

Oxşar yazılar

"Sovetski"dəki o buna söküləcək?
8 may 2025 , 16:12
Bakıda bu yolda EHTİYATLI OLUN - Sürücüləri gözləyən "SÜRPRİZ" - VİDEO
8 may 2025 , 15:51
Bakıda bu yol bağlanır
8 may 2025 , 15:46
Bakıda yağış zamanı pəncərə və eyvandan su axmaması üçün bunları edin - Memar DANIŞIR -VİDEO
8 may 2025 , 14:13
Kartof-soğanın qiyməti niyə belə artdı? – Satan narazı, alan incik
8 may 2025 , 13:59
Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Nə vaxt başlayacaq?
8 may 2025 , 13:31
Nasos yoxdursa, təkəri necə doldurmaq olar? - Sürücülərə faydalı məsləhətlər
8 may 2025 , 13:17