Qız Qalasının işığı söndürüləcək
Birliyinin mətbuat katibi Aynur Həsənzadə Lent.az-a bildirib ki, təmsil etdiyi qurum bu il Azərbaycan da ilk dəfə olaraq, Earth Hour kampaniyasına qoşulacaq. Məqsəd həm qlobal ekoloji problemlərin həllinə dəstək vermək, həm də Azərbaycan gənclərinin dünyadakı proseslər və ümumbəşəri problemlərə laqeyd olmadığını göstərməkdir.
Təşkilatın üzvləri tərəfindən Azərbaycanın bir neçə şəhərində keçirilməsi planlaşdırılan Earth Hour kampaniyası çərçivəsində ən böyük tədbir Bakıda təşkil olunacaq. Belə ki, martın 26-da İRƏLİ Gənclik Mərkəzində təşkil olunacaq təlim, şəhər oyunu və ekoloji aksiyalardan sonra iştirakçılar Qız Qalası ətrafında toplaşaraq, Bakının simvolu olan abidənin işıqlarını 1 saat müddətində söndürəcəklər.
Xatırladaq ki, Earth Hour aksiyası ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Aksiya zamanı 2,2 milyon şəhər sakini və 2000-dən çox təşkilat qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbiətin qorunmasına dəstək nümayişi olaraq bir saatlıq elektrik enerjisindən istifadəni dayandırıblar. Bundan sonra kampaniya ənənəvi olaraq hər il dünyanın müxtəlif ölkələrində keçirilir. 2010-cu ildə 128 ölkədə keçirilən Earth Hour aksiyası rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük ekoloji kampaniyasına çevrilib. Aksiya boyunca Sidneydəki Harbour Bridge, Torontodakı CN Tower, San Fransiskodakı Golden Gate Bridge, Romadakı Colosseum kimi möhtəşəm tikililər ətraf mühitin qorunması simvolu olaraq qaranlığa qərq olub.

Oxşar yazılar

"Sovetski"dəki o buna söküləcək?
8 may 2025 , 16:12
Bakıda bu yolda EHTİYATLI OLUN - Sürücüləri gözləyən "SÜRPRİZ" - VİDEO
8 may 2025 , 15:51
Bakıda bu yol bağlanır
8 may 2025 , 15:46
Bakıda yağış zamanı pəncərə və eyvandan su axmaması üçün bunları edin - Memar DANIŞIR -VİDEO
8 may 2025 , 14:13
Kartof-soğanın qiyməti niyə belə artdı? – Satan narazı, alan incik
8 may 2025 , 13:59
Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Nə vaxt başlayacaq?
8 may 2025 , 13:31
Nasos yoxdursa, təkəri necə doldurmaq olar? - Sürücülərə faydalı məsləhətlər
8 may 2025 , 13:17