Salyan-Hacıqabul arasında torpaq qırılmaları baş verib
Mart ayının əvvəlindən Salyandan Hacıqabula qədər olan ərazilərdə torpaq qırılmaları baş verib. Nəticədə ərazinin Xəzər dənizinə baxan hissəsi 5-10 santimetr aşağı düşüb. Hətta ətraf ərazilərdə yaşayış evlərinin içərisində də çatlar yaranıb.
Lent.az-ın məlumatına görə, MEA Geologiya İnstitutunun seysmologiya və geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, hadisə barədə ilk olaraq, Fövqəladə Hallar Nazirliyi xəbər tutub və bu barədə Geologiya institutuna məlumat verilib.
Fəxrəddin Qədirov onu da deyib ki, bəzi yerlərdə kiçik palçıq vulkanları da peyda olub. Onun sözlərinə görə, bunlar Hacıqabulda 3.5, 3.6, 3.2 maqnitudalı zəlzələlərin olmasına gətirib çıxarıb: “Hazırda ərazidə təbii proseslər davam eləyir. Biz ərazidə ölçü işlərinin sayını artırsaq, prosesin hansı istiqamətdə inkişaf etdiyini deyə biləcəyik”.
Direktor müavini torpaqda yarılma hadisəsinin Abşerona tərəf hərəkət edə biləcəyini də söyləyib. Onun sözlərinə görə, bu horizontal proseslərin istiqamətləri Salyandan başlayaraq dəyişir.
Hazırda proses diqqətdə saxlanılır və bununla əlaqədar müxtəlif dövlət qurumlarına müraciətlər edilib.
Elxan SALAHOV

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32