Rayonlara sulu qar yağacaq
02 aprel 2011 08:00 (UTC +04:00)

Rayonlara sulu qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə qısamüddətli yağış yağacağı gözlənilir.


Güclü şimal küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-11 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarına gəlincə, aprelin 2-də fasilələrlə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar