Gənc Reportyorlar Klubunun üzvləri Mətbuat Şurasının qonağı olublar - FOTO
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov klub üzvlərini qəbul edib. Görüşdə Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri, professor Cahangir Məmmədli də iştirak edib. Əflatun Amaşov öncə Mətbuat Şurasının yaranma tarixi, məqsəd və vəzifələri, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verib. O, Gənc Reportyorlar Klubunun fəaliyyətinə varislik prizmasından yanaşaraq, Azərbaycan mətbuatının mövcud problemlərinə də toxunub.
Əflatun Amaşov qeyd edib ki, hazırda ölkə mətbuatının əsas problemlərindən biri də jurnalist təhsilinin kifayət qədər yüksək səviyyədə aparılmamasıdır. Mətbuat Şurası mütəmadi olaraq bu məsələni diqqətdə saxlayır, onun həlli istiqamətində tədbirlər həyata keçirməyə çalışır. Onun sözlərinə görə, bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi xüsusilə vacibdir. Əflatun Amaşov jurnalistika fakültəsinə tələbə qəbulunun qabiliyyət imtahanları əsasında aparılması ilə bağlı məsələyə də toxunub. O, bununla əlaqədar Mətbuat Şurası tərəfindən müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edildiyini xatırladıb.
Cahangir Məmmədli də “gənc reportyorlar”ın təşəbbüslərini, onların fəaliyyətini yüksək dəyərləndirib. O, gənc jurnalistlərə peşə fəaliyyətlərində daim obyektiv olmağı, jurnalistikanın təməl prinsiplərini əsas götürməyi tövsiyə edib.
Gənc Reportyorlar Klubunun sədri Məmməd Ağayev Mətbuat Şurası rəhbərliyinə dəyərli məsləhətlərə görə tələbə jurnalistlərin minnətdarlığını çatdırıb və Klub yarandığı gündən bu dəstəyin daim əyani nümunələrini gördüklərini dilə gətirib. O bildirib ki, bu da “gənc reportyorları” Mətbuat Şurası ilə birgə yeni layihələr reallaşdırmağa, daha sıx əməkdaşlığa həvəsləndirir.”
Görüş bundan sonra tələbələrin Mətbuat Şurasının sədri ilə görüşləri sual-cavab və müzakirələr formatında davam edib. Mətbuatın siyasi prosesləri işıqlandırması haqda sualları cavablandıran Əflatun Amaşov vurğulayıb ki, jurnalist hər yerdə, hər zaman obyektivliyini qorumalı, siyasi prosesləri siyasətçi kimi yox, media kimi izləməli və peşə prinsiplərinə daim sadiq qalmalıdır. Mətbuat Şurasının sədri deyib ki, əks təqdirdə jurnalist siyasi oyunların vasitəsinə çevrilər, jurnalistikadan tamam uzaqlaşa bilər.
Gənclər jurnalistika fakültəsində təhsillə bağlı problemləri də dilə gətiriblər. Tələbələri narahat edən problemlər sırasında jurnalistikaya aid Azərbaycan dilində elmi ədəbiyyatın məhdudluğu, jurnalistlərin praktik vərdişlərinin artırılması məqsədilə təcrübə kurslarının məhdudluğu kimi məsələlər polemikalarda ifadəsini tapıb. Görüş, Mətbuat Şurası tərəfindən “gənc reportyorlar”a press köynəklərin verilməsi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Oxşar yazılar

Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32
"Sovetski"dəki o bina söküləcək?
8 may 2025 , 16:12