Bakının mərkəzi yolları bağlanacaq
04 aprel 2011 17:25 (UTC +04:00)

Bakının mərkəzi yolları bağlanacaq

Yunanıstan Prezidenti Karolos Papulyasın Bakıda səfərdə olması ilə əlaqədar aprelin 5-6-da Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkətində məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.


Keçiriləcək dövlət əhəmiyyətli tədbirlərdə iştirak edəcək qonaqların yol hərəkətində təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, aprelin 5-də saat 08:30-dan 20:00-a qədər paytaxtın Bakıxanov və İzmir küçələrinin kəsişməsindən İnşaatçılar, Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, Neftçilər prospekti və Yusif Səfərov küçəsi ilə Aeroport şösesi üzrə, eyni zamanda, aprelin 6-da səhər saat 10:00-dan tədbir qurtaranadək həmin marşrutla Rəşid Behbudov küçəsi, Qələbə meydanı, Fətəli xan Xoyski prospekti ilə Heydər Əliyev prospekti boyunca avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq, istiqamət dəyişdiriləcək.


Qeyd olunan küçə və prospektlərdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, sürücülərdən xahiş olunur ki, şəxsi nəqliyyat vasitələrindən bu istiqamətdə mümkün qədər az istifadə etməklə alternativ yollarla hərəkət etsinlər.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar