“Orta Şərqin zəlzələ modeli”
04 aprel 2011 18:41 (UTC +04:00)

“Orta Şərqin zəlzələ modeli”

İordaniyanın paytaxtı Əmman şəhərində 31 mart - 2 aprel tarixində “Orta Şərqin zəlzələ modeli” (Earthquake Model of the Middle East - EMME) Beynəlxalq layihəsi çərçivəsində toplantı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Pakistan, Türkiyə, İran, Qafqaz respublikaları, Suriya, Livan və digər Orta Şərq regionu ölkələrindən olan alimlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanı AMEA RSXM-ın Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli təmsil edib.

Konfransda bu ərazidə seysmikliyin təzahürünün xüsusiyyəti araşdırılıb, seysmik təhlükənin qiymətləndirilməsi üzrə müzakirələr aparılıb. Qarşıya qoyulan məqsədə - seysmik təhlükənin qiymətləndirilməsinə nail olmaq üçün yerlərdə müvafiq məlumatların toplanıb analiz olunması və onların Şərq ölkələri ilə birgə araşdırılması məqsədə uyğun hesab edilib.

Qeyd edək ki, bir ildən artıqdır ki, bu layihə çərçivəsində müzakirələr və araşdırmalar aparılır. Bununla bağlı bu vaxta qədər Türkiyənin İstanbul, Sakariya şəhərlərində, o cümlədən Gürcüstanda belə toplantılar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar