Bakıya yağış, dağlıq rayonlarımıza sulu qar yağması gözlənilir
06 aprel 2011 08:00 (UTC +04:00)

Bakıya yağış, dağlıq rayonlarımıza sulu qar yağması gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 6-da şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar