Bakıda yeni sinaqoq açıldı
05 aprel 2011 13:51 (UTC +04:00)

Bakıda yeni sinaqoq açıldı

APA-nın xəbərinə görə, tədbirdə Rusiya, İsrail, ABŞ, Moldova, Latviya, Türkiyə və Qazaxıstanın Azərbaycandakı səfirləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov iştirak ediblər.

Tədbiri Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov açıb. O, Azərbaycanda yeni sinaqoqun açılışından, buranı ziyarət edənlərin sayının çoxluğundan şad olduğunu bildirib: “Mən istərdim ki, Azərbaycanda bütün millətlər bir ailə kimi yaşasınlar”.


Daha sonra çıxış edən H. Orucov Azərbaycan prezidenti İlham Əliyevin təbriklərini çatdırıb: “Yeni sinaqoqun açılışı çox böyük hadisədir. Bu sinaqoq inşası Azərbaycan dövləti tərəfindən maliyyələşdirilib. Azərbaycan çox konfessiyalı dövlətdir. Bu ölkə keçmiş SSRİ-də yeganə ölkədir ki, burada vaxt dini diskriminasiya olmayıb. Bu, Azərbaycan dövlətinin apardığı siyasətin nəticəsidir. Azərbaycanın yürütdüyü siyasətin ən vacib məqamlarından biri də dini tolerantlıq olub, bu, həmişə belə olacaq”.


İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem isə çıxışında Azərbaycan prezidentinə təşəkkürünü bildirib. O, yəhudilərin Pesax bayramına iki həftə qalmış yeni sinaqoqun açılmasını yüksək qiymətləndirib. Səfir bu münasibətlə yəhudi icması təbirik edib. Diplomat deyib ki, sinaqoqun açılışı Azərbaycanda yaşayan yəhudi icmasına böyük dəstək olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248

Oxşar yazılar