Erkən nikaha girənlərin 61 faizi kənd sakinləridir
Dövlət Statistika Komitəsi qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair statistik müayinənin nəticələrini açıqlayıb.
Komitədən Lent.az-a verilən məlumata görə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq, 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha giriblər.
Komitənin hesablamalarına görə, erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar.
Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib. Erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malik olub. Evlənən zaman belə qadınların ərlərinin 3 faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin 25-29 və 2 faizinin yaşı 30-dan yuxarı olub.
Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri də araşdırılıb. Məlum olub ki, onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah yaşına çatmadığından, 26 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıblar. Kənd yerlərində yaşı nikah yaşına çatmayanların sayı daha çox olub.
Müayinənin məlumatlarına əsasən, qadınların 89 faizi hesab edir ki, qızların qaçırılma halları öz razılığı ilə baş verir, 11 faizi isə zorakılıq yolu ilə həyata keçirilir. Sorğu olunanların 46 faizi qaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39 faizi qızın ailəsində maddi çətinliklərdə, 15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görürlər. Respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında getməlidir, 41 faizi - 18-19 yaşında, 6 faizi - 18 yaşa qədər. Qadınların 67 faizi hesab edir ki, ailədə nikah haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli, 30 faizinin fikrincə isə qızların ərə getmə məsələsini valideynlər həll etməlidirlər.
Elxan SALAHOV

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32