Kür və Arazın suyu azalır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublika və transssərhəd çaylardakı mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 120-155, Quba-Xaçmaz bölgəsi çaylarında 90-190, Kiçik Qafqaz və Naxçıvan MR çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 25-60 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 483 m3/san, yəni ongünlük normanın 103 faizini (2010-cu ildə 530 m3/san olmaqla ongünlük normanın 113 faizi), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 134 m3/san, yəni ongünlük normanın 97 faizini (2010-cu ildə 127 m3/san olmaqla ongünlük normanın 92 faizi) təşkil edir.
Son 5 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində nisbətən azalma müşahidə olunub. Surra məntəqəsində suyun hazırkı səviyyəsi 537 sm (5 aprel 2010-cu il tarixdə 756 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 421 sm (05 aprel 2010-cu il tarixdə 664 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Salyanda 370 sm (5 aprel 2010-cu il tarixdə 680 sm, 18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Bankədə 289 sm (5 aprel 2010-cu il tarixdə 425 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 245 sm (5 aprel 2010-cu il tarixdə 500 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32