Xaçmaz avtovağzalında özbaşınalıq - FOTO
Xaçmaz avtovağzalında təxminən bir aya yaxındır ki, acınacaqlı vəziyyət yaranıb. Rayondan paytaxta və ətraf rayonlara sərnişindaşıma ilə məşğul olan özəl şirkətlər Xaçmaz mərkəzi avtovağzalından bilet almaqdan imtina edir. Şirkətlər buna səbəb kimi, Tarif Şurasının müəyyənləşdirdiyi qiymətin ucuz olduğunu göstərir.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, sərnişinlər Bakıya getmək üçün Tarif Şurasının müəyyən etdiyi 2 manat 55 qəpik əvəzinə 4 manat ödəməli olurlar. Bu isə süni qiymət artımına gətirib çıxarır. Bu vəziyyət Xaçmazdan ətraf rayonlara sərnişindaşıma ilə məşğul olan avtobuslarda da eynidir. Nəzarət olmağından avtobuslar qrafiklə yox, sürücülərin istəkləri əsasında fəaliyyət göstərir. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanunun 7-ci bəndində qeyd olunur ki, gediş biletlərinin satışı olmadan sərnişindaşıma ilə məşğul olmaq qadağandır.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Lent.az-a problemdən xəbərdar olduqlarını bildirib. Onun sözlərinə görə, sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərin bu cür kortəbii fəaliyyəti yolverilməzdir: “Sərnişindaşıma avtovağzaldan avtovağzala prinsipi əsasında həyata keçirilməlidir”.
Nəqliyyat Nazirliyinin rəsmisi məsələnin həll olunmayacağı təqdirdə həmin şirkətin avtobuslarının mərkəzi avtovağzala girişinin qadağan oluna biləcəyini də istisna etməyib.
Vəli Turan

Oxşar yazılar
Bakıda MƏZAR BİZNESİ: Köhnə qəbirləri dağıdıb satırlar - VİDEO
8 may 2025 , 23:17
Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32